“Araz-Naxçıvan” loqosunu dəyişdi

“Araz-Naxçıvan” loqosunu dəyişdi

Yeni mövsümdən futbol üzrə Azərbaycan Premyer Liqasında iştirak edəcək “Araz-Naxçıvan”ın yeni loqosu hazırlanıb.

MediaSport.az xəbər verir ki, klubun ənənəvi ağ-qırmızı rəngləri fonunda hazırlanan loqoda Naxçıvanın simvollarından, yamacları sıldırımlı, zirvəsi 2400 metrdən hündür olan Haça dağ, türk mifologiyasında müqəddəs heyvan hesab olunan boz qurd, eləcə də futbolun əsas atributu – top əks olunub.

Loqoda klubun yaradılma tarixi və səkkizguşəli ulduz da yer alıb.