"Neftçi"nin yeni ildə ilk transferi - Pavel Kolev anlaşmanı təsdiqləyib
Bir neçə gün öncə xəbər verdiyimiz kimi, "Neftçi" Bolqarıstanın "Lokomotiv" (Plovdiv) klubunun futbolçusu Alfa Konte ilə anlaşıb.
Bolqarıstan klubunun icraçı direktoru Pavel Kolev “Dsport” nəşrinə açıqlamasında forvardın bakılılarla razılaşdığını təsdiq edib.
Syerra Leone millisinin hücumçusu bu həftə Bakıya gələcək.
Karyerasının ən yaxşı dövrünü “dəmiryolçular"ın heyətində keçirmiş Konte 20 liqa matçında 4 qol, 3 assistlə yadda qalıb.
Qeyd edək ki, afrikalı həm sağ, həm də sol vinger kimi oynayır.
Mediasport.az