"Qəbələ" Rumıniya və Çexiya klubları ilə qarşılaşacaq

"Qəbələ" Rumıniya və Çexiya klubları ilə qarşılaşacaq

"Qəbələ"nin qış fasiləsində Türkiyədə baş tutacaq təlim-məşq toplanışının vaxtı və yoxlama oyunlarındakı rəqibləri müəyyənləşib.

Klubdan "mediasport"a verilən məlumata görə, Elmar Baxşıyevin komandası mövsümün ikinci yarısına yanvarın 4-dən 17-dək Antalyada hazırlaşacaq.

Komanda toplanış müddətində iki yoxlama oyununda qüvvəsini sınayacaq. Əyalət təmsilçisi yanvarın 12-də Rumıniyanın “Şepşi” klubu ilə üz-üzə gələcək. Dörd gün sonra baş tutacaq ikinci sınaq matçında isə rəqib Çexiya təmsilçisi “Teplitse” olacaq.