Avropa çempionatı: 7 cüdoçudan yalnız Ağayev medal qazandı
Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə Avropa çempionatı start götürüb.
Mediasport.az xəbər verir ki, ilk yarış günündə Azərbaycanın 7 idmançısı mübarizəyə qoşulub.
Kişilərin yarışında Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq) və Yaşar Nəcəfov (66 kq) tatamiyə çıxıb.
Yalnız finalda uduzan Balabəy Ağayev gümüş medalla kifayətlənib.
Qadınların mübarizəsində isə Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva, Aydan Vəliyeva (hər ikisi 52 kq) və Acelya Toprak (57 kq) da uğursuz çıxış edib.
Qitə birinciliyi aprelin 27-də başa çatacaq.