MMA döyüşçümüz Əbu-Dabidə peşəkar turnirdə qələbə qazandı

MMA döyüşçümüz Əbu-Dabidə peşəkar turnirdə qələbə qazandı

Azərbaycanın MMA döyüşçüsü Məhəmmədəli Osmanlı Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirilən “UAE warriors 54” peşəkar turnirində rinqə çıxıb.

Mediasport.az xəbər verir ki, 20 yaşlı idmançımız çeçenistanlı Şamil Borayevlə qarşılaşıb.

Döyüş Azərbaycan təmsilçisinin qələbəsi ilə başa çatıb.