Cüdoçularımız Avstriya sınağında
Bu gün Avstriyanın Linz şəhərində cüdo üzrə növbəti Qran-pri turnirinə start veriləcək.
mediasport.az xəbər verir ki, turnirin birinci günündə yeddi cüdoçumuz mübarizəyə qoşulacaq.
Nazir Talıbov mərakeşli Yunes Saddiki, Əhməd Yusifov (hər ikisi 60 kq) Dilan Munro (Böyük Britaniya), Kamran Süleymanov (66 kq) Cason Patrik Zakko (Mərkəzi Afrika Respublikası), Leyla Əliyeva Sloveniya cüdoçusu Marusa Stanqar, Şəfəq Həmidova (hər ikisi 48 kq) serbiyalı Nevena Miliç, Gültac Məmmədəliyeva (52 kq) Karina Klaus-Sternvieser (Avstriya) - Erza Muminoviq (Kosova) görüşünün qalibi, Fidan Əlizadə (57 kq) isə Mariya Ruiz Muro (İspaniya) ilə qarşılaşacaq.
Mayın 27-dək davam edəcək turnirdə 72 ölkədən 450-dən artıq cüdoçu tatami üzərinə çıxacaq.