Ölkə çempionatı start götürür

Ölkə çempionatı start götürür

Bu gün qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatına start veriləcək.

Mediasport.az xəbər verir ki, yarışın ilk günündə 4 çəki dərəcəsində 104 cüdoçu mübarizə aparacaq.

Qadınlar arasında -48 kq. və -63 kq., kişilərin mübarizəsində isə -60 kq. və -81 kq. çəki dərəcələrində qaliblərin adları müəyyənləşəcək.