Ayxan Abbasov: "Şansımız varsa, bundan istifadə etmək istəyirik"
"Turan Tovuz" futbol üzrə Azərbaycan Premyer Liqasının 29-cu turu çərçivəsində "Sabah"a qalib gəlib.
Mediasport.az xəbər verir ki, qərb təmsilçisinin baş məşqçisi Ayxan Abbasov görüş haqqında fikirlərini bildirib.
Mütəxəssis əvvəlcə 2:0 hesablı qələbəni şərh edib, daha sonra jurnalistlərin suallarını cavablandırıb:
- Vacib oyun idi. Qələbə qazanmaq istəyirdik. "Sabah"a heç vaxt evdə qalib gəlməmişdik. Futbolçularıma inanırdım. Bu mövsüm evdə yaxşı oynayırıq. Fürsətlərdən yaxşı istifadə etdik. Qoldan sonra da şanslarımız oldu. İtkilərimiz çoxdur. Bu gün də Aleks Serrano cazalı duruma düşdü. Nəsə fikirləşəcəyik.
Zədəli və cəzalı oyunçuların fonunda "Qəbələ" ilə matçda mövqe dəyişiklikləri edəcəksiz?
- Bu il orta xətdə oyunçularımız zədələnir. Xəyal Nəcəfovu məcburiyyətdən dayaq yarımüdafiəçisi oynadırıq. Mövqe dəyişiklikləri edə bilərik. Bu gün Miller də zədələndi. Çempionatın sonuna yaxın belə hallar olur. Buna hazır olmaq lazımdır.
Avrokuboklara vəsiqə qazanmaq şansınız var. Bu, komandanın üzərində təzyiq yaradır?
- Təzyiq altında deyilik. Gələcəkdə iddialı olmaq, avrokuboklar uğrunda oynamaq istəyirik. Klub olaraq inkişaf edirik. Əgər şansımız varsa, bundan istifadə etmək istəyərik. Bu il bəzi komandalar çempionata zəif başladılar. Turnir cədvəlində bunun da rolu var. Gələcəyi fikirləşirik.
Heyəti qorumaq çətin olmayacaq?
- Bu il bizim üçün daha asan olacaq. Çünki, əksər oyunçuların bizimlə müqaviləsi var. Bununla yanaşı yeni futbolçular da cəlb olunmalıdır.
Roderik Miller zədələndi, vəziyyəti necədir?
- Ayağı burxulub. Ayxan Quseynovda da eyni zədədir.