Əvvəl "Zirə", sonra "Qəbələ"

Əvvəl "Zirə", sonra "Qəbələ"

"Araz-Naxçıvan"ın qış hazırlıq dönəmində keçirəcəyi yoldaşlıq oyunlarının başlama saatı müəyyənləşib.

Mediasport.az xəbər verir ki, Premyer Liqanın debütantı öncə 10 yanvar, 15:00-da "Zirə" ilə qarşılaşacaq.

Muxtar Respublika təmsilçisi 5 gün sonra - 15 yanvar, saat 14:00-da "Qəbələ" ilə yoxlama görüşünə çıxacaq.

Xatırladaq ki, "Araz-Naxçıvan" mövsümün ikinci yarısında ilk oyununu 19-cu tur çərçivəsində yanvarın 23-də "Qarabağ"a qarşı keçirəcək.