"Kəpəz"də portuqal qapıçı - RƏSMİ
"Kəpəz" heyətini portuqaliyalı qapıçı ilə gücləndirib.
Mediasport.az xəbər verir ki, tam adı Paulu Rojeriu Veyqa dos Santos olan qolkiperlə 1 illik müqavilə bağlanıb.
Portuqaliyalı qolkiperin son klubu vətənində aşağı liqa təmsilçisi "Vilaverdense" olub.
25 yaşlı "çərçivə qoruyucusu" "Braqa" akademiyasının yetirməsidir.
O, Portuqaliyanın U-23 yığmasında 1 matç keçirib.