Azarkeşlərinin söyüşlərinə görə "Zirə"yə xəbərdarlıq edildi

Azarkeşlərinin söyüşlərinə görə "Zirə"yə xəbərdarlıq edildi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Mediasport.az xəbər verir ki, toplantıda Premyer Liqa təmsilçisi “Zirə” klubuna xəbərdarlıq edib.

Buna səbəb 5-ci turda “Qarabağ”la görüşün 29-cu dəqiqəsində rəqib komandanın azarkeşlərinin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirilməsi olub. Bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə AFFA hələlik xəbərdarlıqla kifayətlənib.

Turun “Sumqayıt” - “Araz Naxçıvan” oyununda 5 futbolçusu sarı vərəqə aldığına görə qonaqlar 700 manat cərimələnib.

“Şamaxı” - “Neftçi” görüşü bitdikdən sonra meydana kənar şəxs daxil olduğuna görə bölgə təmsilçisi 800 manat ziyana düşüb.

“Kəpəz” isə “Sabah”la matçı bitdikdən sonra meydana kənar şəxsin daxil olması səbəbindən 800 manat ödəyəcək.