Peşəkar Futbol Liqası "Kəpəz"in oyunçusunu mükafatlandırıb

Peşəkar Futbol Liqası "Kəpəz"in oyunçusunu mükafatlandırıb

Peşəkar Futbol Liqasının (PFL) “Ayın qolu” layihəsi çərçivəsində yanvar ayının qalibi olan Martins Juniora “Sabah” – “Kəpəz” görüşündən əvvəl mükafatlar təqdim olunub.

Mediasport.az xəbər verir ki, ona mükafatları qurumun Texniki-idman direktoru Elgiz Abbasov təqdim edib.

Qeyd edək ki, braziliyalı futbolçunun 19-cu turda "Turan Tovuz"a qarşı matçda vurduğu qol ən yaxşı seçilib.