Azərbaycanlı idmançıdan "Asiya uşaqları" Oyunlarında qızıl medal

  Azərbaycanlı idmançıdan "Asiya uşaqları" Oyunlarında qızıl medal

Azərbaycan üzgüçüsü Rusiyanın Yakutsk şəhərində keçirilən "Asiya uşaqları" VIII Beynəlxalq İdman Oyunlarında birinci olub.

Mediasport.az xəbər verir ki, Süleyman İsmayılzadə sərbəst üsulla 400 metr məsafəni qət edərək bütün rəqiblərini geridə qoyub və "qızıl" qazanıb.