"Səbail"də daha bir ayrılıq reallaşdı
"Səbail"də daha bir ayrılıq reallaşıb.
Mediasport.az xəbər verir ki, Bayıl təmsilçisi ilə anlaşması başa çatan Ayub Masika klubla vidalaşıb.
Keniyalı futbolçu gedişi ilə bağlı sosial şəbəkə hesabında məlumat paylaşaraq kluba, məşqçilər korpusuna və azarkeşlərə təşəkkürü edib.
Xatırladaq ki, afrikalı "dənizçilər"in heyətinə bu ilin yanvarında qoşulmuşdu.