Basketbol Liqası başlayır: 2023/24 mövsümünün finalçıları qarşılaşır

  Basketbol Liqası başlayır: 2023/24 mövsümünün finalçıları qarşılaşır

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2024/2025 mövsümünə start verilir.

Mediasport.az xəbər verir ki, birinci turun ilk oyun günündə bir qarşılaşma keçiriləcək.

Ötən mövsüm kubokun qalibi olan "Neftçi" digər finalçı "Naxçıvan"la üz-üzə gələcək.

Turun son oyunu 20 oktyabrda keçiriləcək.

Azərbaycan Basketbol Liqası. 1-ci tur

18 oktyabr

20:00 "Neftçi" - "Naxçıvan"

Bakı İdman Sarayı.