"Qarabağ"ın keçmiş futbolçusu MMA-da ikinci duelinə çıxacaq
2017-2019-cu illərdə "Qarabağ"da oynamış Yakub Jezniçak MMA-da növbəti döyüşünü keçirəcək.
Mediasport.az xəbər verir ki, "FAME MMA" turnirində rinqə çıxacaq 38 yaşlı polşalı dekabrın 7-də Rocer Salla ilə üz-üzə gələcək.
Futbolla vidalaşmış Jezniçakın ilk dueli bu ilin iyununda "Clout MMA" çərçivəsində Tomaş Matısyaka qarşı olmuşdu.
Sabiq müdafiəçi 1-ci raundda qələbə qazanmışdı.
Xatırladaq ki, Polşa yığmasının sabiq üzvü Ağdam klubunda 25 oyuna 1 qol vurub.