"İlk matçlar necə olduğumuzu göstərə bilməz" - Evren Alkaya
“Mövsüm öncəsi məşqçilər komandalarını sınaqdan keçirir. Biz də “Quba”ya qarşı oyunda komandamızın gücünü yoxladıq”.
Mediasport.az xəbər verir ki, bunu “Sərhədçi” basketbol klubunun baş məşqçisi Evren Alkaya “Quba”ya qarşı keçirilən yoxlama görüşü haqda danışarkən deyib.
Türkiyəli mütəxəssis 66:60 hesablı qələbəni şərh edib:
"Əsas hədəf ən yaxşı oyun üslubunu tapmaq idi. Doğrudur, “Quba”ya qarşı müdafiədə bəzən reaksiya göstərə bilmədik. Bu da yeni komanda olmasından irəli gəlir. Müdafiə xətti hələ tam istədiyimiz kimi deyil. Amma oyunçularımın keyfiyyətindən razıyam.
Lazım olan yerlərdə gücümüzü göstərdik, sürətli oynadıq. İstədiyimiz yerlərdə üstünlük qazandıq. Düzdür, ilk matçlar necə olduğumuzu göstərə bilməz. Amma yoldaşlıq görüşləri keçirib rəsmi oyunlara hazır olacağıq. Ümid edirəm ki, ən üst səviyyədə çıxış edəcəyik”.
"Sərhədçilər” ABL-nin ilk turu çərçivəsində oktyabrın 20-də “Sabah”la qarşılaşacaqlar.