Milli komandamız İstanbulda Türkiyə klubuna qalib gəlib
Qız basketbolçulardan ibarət Azərbaycanın U-16 komandası Türkiyədə təlim-məşq toplanışına başlayıb.
Mediasport.az xəbər verir ki, yığma məşqlərini gün ərzində 2 dəfə İstanbul şəhərində keçirir.
Komandamız ilk yoxlama matçında qüvvəsini sınayıb.
Türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi yığma "Daçka Şerifali"nin U-16 komandasını 68:36 hesabı ilə məğlub edib.
Xatırladaq ki, dekabrın 19-dək davam edəcək hazırlıq prosesində komandamız bir neçə yoxlama görüşü keçirəcək.