Azərbaycan birinciliyi yekunlaşıb
Bakıda keçirilən kamandan oxatma üzrə ölkə birinciliyi və çempionatına yekun vurulub.
Mediasport.az xəbər verir ki, Avropa Oyunları Parkında təşkil olunan yarışlarda ölkənin müxtəlif bölgələrini təmsil edən 50-dən çox peşəkar idmançı çempionluq uğrunda mübarizə aparıb.
Böyüklər arasında 70 metr məsafə üzrə qadınların yarışında Yaylagül Ramazanova qızıl, Fatimə Hüseynli gümüş, Svetlana Simonova "bürünc" qazanıblar. Kişilərdə Roman Venqerov, Məhəmmədəli Əliyev və Əhməd Hüseynov ilk üçlükdə qərarlaşıblar.
16-18 yaşlı gənclərdə 60 metr məsafə üzrə qadınların mübarizəsində Amina Şərif birinci olub. Lalə Almasova və Zəhra Carçılı isə yarışı ikinci və üçüncü yerdə tamamlayıblar. Kişilərdə İslam İsmayılov, Sərdar Vəliyev və Nurlan Rəhimli fərqləniblər.
16 yaşına qədər yeniyetmələrdə qadınlar arasında 30 metr məsafə üzrə Leyla Əfəndiyeva birinci, Sona Rüstəmli ikinci, Fatimə Nəbiyeva üçüncü yeri tutublar. Kişilərdə Məhəmməd İsmayılov, Hüseyn Məhərrəmov, Nicat Nəbiyev ilk üçlükdə qərarlaşıblar.
Sonda qaliblər təltif olunublar. Mükafatları Azərbaycan Kamandan Oxatma Federasiyasının prezidenti Anar Quliyev, federasiyanın vitse-prezidenti Rauf Əliyev, Gənclər və İdman Nazirliyinin şöbə müdiri Elnur Məmmədov, Su İdmanı Sarayının direktoru Zaur Yaqubov və Bodibildinq üzrə dünya çempionatının üçqat mükafatçısı Emin Babayev təqdim ediblər.