Ölkəmizi Avropa Oyunlarında bu taekvondoçular təmsil edəcəklər
İyunun 21-də Polşanın Krakov şəhərində start götürəcək III Avropa Oyunlarında iştirak edəcək Azərbaycan taekvondoçularının siyahısı açıqlanıb.
mediasport.az xəbər verir ki, kişilərdən ibarət milli komandalara Məmməd Abdullayev və Rəşad Məmmədov rəhbərlik edəcəklər.
Qadınlardan ibarət yığma isə yarışda dayanq üzərinə baş məşqçi Sun Mi Park və böyük məşqçi Hyeyounq Çoinin rəhbərliyi altında çıxacaqlar.
Ölkəmiz III Avropa Oyunlarında 8 taekvondoçu ilə təmsil olunacaq. Krakov-2023-də Səyyad Dadaşov (54 kq), Qaşım Maqomedov (58 kq), Cavad Ağayev (68 kq), Eltac Qafarov (74 kq), Taleh Süleymanov (87 kq), Minayə Əkbərova (46 kq), Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) qüvvəsini sınayacaq.
Komandaya ümumi rəhbərliyi Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev edəcək. Polşada ölkəmizi hakimi kimi isə beynəlxalq dərəcəli referi Aygül Abdullayeva təmsil edəcək.
Qeyd edək ki, Avropa Oyunlarında taekvondo yarışları iyunun 23-26-da keçiriləcək.