Azərbaycan idmançısı Türkiyə yarışından 2 medalla qayıtdı

Azərbaycan idmançısı Türkiyə yarışından 2 medalla qayıtdı

Azərbaycan avarçəkəni Əlimurad Hacızadə Türkiyənin Muğla şəhərində keçirilən “Bahar Kuboku” turnirində uğurla çıxış edib.

Mediasport.az xəbər verir ki, idmnaçımız yarışda iki medal qazanıb.

Hacızadə bir nəfərlik kayak qayığında 200 və 500 metr məsafələrə yürüşlərdə üçüncü yer tutub.

Türkiyənin əksər şəhər və regionlarından 200 nəfərdən artıq idmançı mübarizə aparıb.