Azərbaycan çempionatında 11-ci turun təqvimi müəyyənləşib
Qadınlardan ibarət voleybolçular arasında Azərbaycan çempionatının 11-ci turunun təqvimi açıqlanıb.
Mediasport.az xəbər verir ki, 3-cü dövrənin matçları yanvarın 30-31-də baş tutacaq.
Ayın 30-da "Milli Aviasiya Akademiyası" və "Gəncə" klubları üz-üzə gələcəklər. Bu qarşılaşma saat 15:00-da start götürəcək.
Digər matç saat 18:00-da "Murov Az Terminal" və "Abşeron" arasında olacaq. Hər iki duel Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq.
Ertəsi gün bir görüş keçiriləcək. "Azərreyl" UNEC-i sınağa çəkəcək. UNEC-in idman zalında təşkil olunacaq matçın start fiti saat 18:00-da səslənəcək.