Azərbaycan klubunda ayrılıq
Qadın voleybolçulardan ibarət "Milli Aviasiya Akademiyası"nda ayrılıq gerçəkləşib.
Mediasport.az xəbər verir ki, mərkəz blokçusu Aleksandra Kunçenko klubdan ayrılıb.
Vətəni Qazaxıstana dönən voleybolçunun yeni iş yeri də müəyyənləşib. O, "Ertis"in uğurları üçün çalışacaq.
Bu ayrılığa qədər Mariam Beriaşvili də "Milli Aviasiya Akademiyası"ndan ayrılmışdı.