"Qarabağ"ın yetirməsi 2-ci Liqa klubunun formasını geyinəcək
Futbol üzrə Azərbaycan 2-ci Liqasında çıxış edən ”Cəbrayıl” klubu heyətini daha bir futbolçu ilə gücləndirib.
Mediasport.az xəbər verir ki, Azərbaycan millisinin keçmiş futbolçusu Cavid Hüseynovun baş məşqçisi olduğu kollektiv yarımmüdafiəçi Polad İbrahimovla anlaşıb.
"Qarabağ"ın yetirməsilə mövsümün sonunadək müqavilə bağlanıb.
Qeyd edək ki, qarabağlılar daha əvvəl Samir İbrahimov, Rəvan Hacıyev və Zahir Mirzəzadəni transfer ediblər.
"Cəbrayıl" qış fasiləsinə 30 xalla 3-cü pillədə yollanıb və lider "Baku Sportinq"dən 7 xal geri qalır.