2-ci Liqada 20-ci tur Qusar klublarının dueli ilə başlayacaq

2-ci Liqada 20-ci tur Qusar klublarının dueli ilə başlayacaq

Bu gün futbol üzrə Azərbaycan 2-ci Liqasında 20-ci tura start veriləcək.

Mediasport.az xəbər verir ki, birinci oyun günündə 2 matç keçiriləcək.

Tura Qusarın 2 təmsilçisinin dueli ilə start veriləcək.

Qonşu pillələrdə qərarlaşan "Kür-Araz" və "Dinamo" İmişlidə qarşılaşacaqlar.

Digər görüşlər 9 və 10 apreldə baş tutacaq.

Azərbaycan 2-ci Liqası. 20-ci tur

8 aprel

"Qusar" - "Şahdağ Qusar"

Kapital Bank Arena (ehtiyat meydança), 14:00.

"Kür-Araz" - "Dinamo"

H. Əliyev adına İmişli şəhər stadionu, 16:00.