"Qarabağ"ın Avstriya toplanışında sonuncu rəqibi də müəyyənləşdi
Avstriyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ"ın bu ölkədə keçirəcəyi yoxlama oyunlarda sonuncu rəqibi də müəyyənləşib.
MediaSport.az xəbər verir ki, Ağdam klubu iyulun 4-də təmsilçisi Bolqarıstanın MOİK (Sofiya) komandası ilə qarşılaşacaq.
Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Avstriyada 3 sınaq matçında qüvvəsini yoxlayacaq. "Köhlən atlılar" iyunun 27-də "Ferensvaroş" (Macarıstan), iyulun 1-də isə "Legiya" (Polşa) ilə üz-üzə gələcək.