"Şamaxı" AFFA və PFL-in əsasnaməsini niyə vecinə almır?
AFFA İntizam Komitəsinin Premyer Liqanın 9-cu turunun "Zirə" ilə görüşündə Rövşən Şahmuradovun formasının arxasında ad və soyadı yazılmadığı üçün "Şamaxı"nı 3000 manat cəzalandırdığından xəbəriniz var.
Amma belə görünür, bu cərimə və əsasnamənin məcburi tələbinə əməl etmək Şamaxı təmsilçisinin heç vecinə deyil.
mediasport.az "idmanxeber.az" saytına istinadən xəbər verir ki, bu gün cərimələnən “Şamaxı”da eyni hal təkrarlanıb. 10-cu turun “Qəbələ” ilə oyununda meydana 23 nömrəli maykada daxil olan Rövşən Şahmuradovun formasında yenə ad-soyadı yazılmayıb.