"Qəbələ"nin rəqibi "sülh"ə razılaşdı
Polşada təlim-məşq toplanışında olan "Qəbələ"nin Konfrans Liqasının ikinci təsnifat mərhələsindəki rəqibi "Omoniya" növbəti yoldaşlıq oyununu keçirib.
MediaSport.az xəbər verir ki, Nikosiya təmsilçisi yerli "Qurnik Lençna" ilə qarşılaşıb.
Görüşdə qapılara qol vurulmayıb.
Qeyd edək ki, "Qəbələ"nin "Omoniya" ilə ilk matçı iyulun 27-də Qəbələdə, cavab dueli isə avqustun 3-də Kiprdə keçiriləcək.