"Sabah", "Neftçi" və "Qəbələ"nin potensial rəqibləri çoxalır - SİYAHI
Gələn mövsüm Azərbaycanı futbol üzrə UEFA Konfrans Liqasında təmsil edəcək “Sabah”, “Neftçi” və “Qəbələ”nin potensial rəqiblərinin sayı çoxalmaqda davam edir.
mediasport.az xəbər verir ki, səpələnməmişlər səbətində yer alacaq “Sabah”la “Qəbələ”nin qarşılaşmaq ehtimalı olan klubların siyahısına Portuqaliya “Gimaraeş”i əlavə olunub.
Mübarizəyə II təsnifat mərhələsindən başlayacaq və səpələnmişlər arasında yer alacaq “Neftçi”nin mümkün rəqibləri sırasına isə “Bohemians” (Çexiya) və “Debresen” (Macarıstan) qoşulub.
Konfrans Liqasının II təsnifat mərhələsinin püşkü iyunun 21-də atılacaq. Azərbaycan təmsilçiləri ilk oyunlarını iyulun 27-də, cavab matçlarını avqustun 3-də keçirəcəklər.
UEFA Konfrans Liqası
I təsnifat mərhələsi
Səpələnmişlər: “Düdelanj” (Lüksemburq), “Riqa” (Latviya), “Maribor” (Sloveniya), “Şkendiya” (Şimali Makedoniya), “Linfild” (Şimali İrlandiya), “Vadus” (Lixtenşteyn), “Dunayska” (Slovakiya), “Dandolk” (İrlandiya), “Alaşkert” (Ermənistan), “Sutyeska” (Monteneqro), “Şkupi” (Şimali Makedoniya), “Sarayevo” (Bosniya və Herseqovina), “Riqa” (Latviya), “Tobol” (Qazaxıstan), “B36 Torşavn” (Farer adaları), “Drita” (Kosovo), “Ararat” (Ermənistan), “Qzira Yunayted” (Malta), “Levadiya” (Estoniya), “Konna” (Uels), “HB Torşavn” (Farer adaları), “Europa” (Cəbəllütariq), “Domjale” (Sloveniya), “Santa-Koloma” (Andorra), “Proqres” (Lüksemburq), “Dinamo” (Batumi, Gürcüstan).
Səpələnməmişlər: “Torpedo” (Kutaisi, Gürcüstan), “Vikinqur” (Reykyavik, İslandiya), "Sent-Patriks” (İrlandiya), “Vikinqur” (Farer adaları), “Derri Siti” (İrlandiya), “Makedoniya” (Şimali Makedoniya), “Panevezis” (Litva), “Honka” (Finlandiya), “Balzan” (Malta), “Zimbru” (Moldova), "Haka” (Finlandiya), "Dila” (Gürcüstan), “Birkirkara” (Malta), “Qlentoran” (Şimali İrlandiya), “Hegelmann” (Litva), “İsloç (Belarus), “Akureyri” (İslandiya), “Eqnatia” (Albaniya), “Penibont” (Uels), “Haverforduest Kaunti” (Uels), “Meqpays” (Cəbəllütariq), "Arsenal Tivat" (Monteneqro), “Virtus” (San-Marino), “Kosmos” (San-Marino),
Qeyri-müəyyənlər: “İnter Eskaldes” (Andorra), “Krusaders” (Şimali İrlandiya), “Payde” (Estoniya), “Jilina” (Slovakiya)
II təsnifat mərhələsi
Səpələnmişlər: “Brügge” (Belçika), “Gent” (Belçika), PAOK (Yunanıstan), “Makkabi (Təl-Əviv, İsrail), “Viktoriya” (Çexiya), “Bude-Qlimt” (Norveç), “Lex” (Polşa), “Hapoel” (Beer-Şeva, İsrail), “Yurqorden” (İsveç), APOEL (Nikosiya, Kipr), “Beşiktaş” (Türkiyə), “Riyeka” (Xorvatiya), “Gimaraeş” (Portuqaliya), “Styaua” (Rumıniya), “Legiya” (Polşa), “Rusenborq” (Norveç), “Spartak” (Trnava, Slovakiya), “Omoniya” (Kipr), “KuPS” (Finlandiya), “Neftçi” (Azərbaycan), “Osiyek” (Xorvatiya), “Aris” (Saloniki, Yunanıstan)
Səpələnməmişlər: “Lütsern” (İsveçrə), “Bohemians” (Çexiya), “Beytar” (İsrail), “Hammarbü” (İsveç), “Kalmar” (İsveç), “Kauno” (Litva), “Poqon” (Polşa), “Zalaeqherseq” (Macarıstan), “Keşkemeti” (Macarıstan), “Debresen” (Macarıstan), “Şepşi” (Rumıniya), “Qəbələ” (Azərbaycan), “Boraç” (Bosniya və Herseqovina), “Sabah” (Azərbaycan), "Ordabaşı” (Qazaxıstan), “Aktobe” (Qazaxıstan), “Çelye” (Sloveniya), “Auda” (Latviya), “Differdanj” (Lüksemburq)
Qeyri-müəyyən:
“Voyvodina” (Serbiya)