Azərbaycan güləşçiləri Bəhreyndə Gimnaziadada iştirak edəcəklər

  Azərbaycan güləşçiləri Bəhreyndə Gimnaziadada iştirak edəcəklər

24-30 oktyabrda Bəhreynin paytaxtı Manamada Gimnaziada keçiriləcək.

Mediasport.az xəbər verir ki, 26 idman növü üzrə keçiriləcək multi-idman yarışının proqramında güləş də yer alıb.

Güləş üzrə yarışlar Gimnaziadanın son günlərində (28-30 oktyabr) baş tutacaq.

Məktəblilər arasında keçirilən yarışda ölkəmizi U-17 milli komandanın üzvləri təmsil edəcək.

71 ölkənin təmsil olunacağı Gimnaziadada I dərəcəli hakim Kamran Əliyev və II dərəcəli referi Əli Babayev ədaləti qoruyacaq.

Böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Yaşar Əliyevin rəhbərliyi altında 11 sərbəst güləşçi mübarizə aparacaq:

Rəvan Həsənzadə (48 kq), Ramal Mirhüseynov (51 kq), Hüseyn Hüseynov (55 kq), Həsən Həsənov (60 kq), Hüseyn İsmayılov, Fərid Ağasızadə (hər ikisi 65 kq), Nihad Abasov, Rəşad Veysəlov (hər ikisi 71 kq), Nihad Süleymanlı (80 kq), Fərhad Süleymanlı (92 kq), Hakim Tağıyev (110 kq).

Böyük məşqçi Rövşən Umudov qızların yarışında 4 güləşçinin xidmətindən yararlanacaq:

Nəzrin Əhmədli (43 kq), Fatimə Bayramova (53 kq), Esra Məmmədli, Fidan Babayeva (hər ikisi 57 kq).

Yunan-Roma güləşçilərinin mübarizəsində böyük məşqçi Taleh İsrafilovla məşqçi Rasim Ağayevin tapşırıqlarını 13 idmançımız yerinə yetirməyə çalışacaq:

Hüseyn Əliyev (45 kq), Şahid Nəbiyev (48 kq), Elşad Abbasov, Nihat Bəhmənov (hər ikisi 51 kq), Turan Daşdəmirov, Əmrah Əmrahov (hər ikisi 55 kq), Nihat Tağıyev (60 kq), Akif Nəcəfli (65 kq), Yusif Əhmədli (71 kq), Nicat Yeylaqaliyev, Emil Abasov (hər ikisi 80 kq), Səid Paşayev (92 kq), Mikayıl İsmayılov (110 kq).