2 güləşçimzi finalda, 3-ü medal görüşündə - Dünya çempionatı

2 güləşçimzi finalda, 3-ü medal görüşündə - Dünya çempionatı

İordaniyanın Əmman şəhərində güləş üzrə U-17 dünya çempionatında bu gün ilk mükafatçılar məlum olacaq.

Mediasport.az xəbər verir ki, yunan-Roma güləşçilərinin medal mübarizəsində Azərbaycan millisinin 3 idmançısı qüvvəsini sınayacaq.

Hər 3 yığma üzvü bürünc medal uğrunda yarışacaq.

Xatırladaq ki, mundialda bu gün 2 güləşçimiz yarımfinala vəsiqə əldə edib.


U-17 dünya çempionatı. Yunan-Roma güləşi


4️8️ kq

Əmrah Əmrahov təsəlliverici görüşdə bolqarıstanlı Kaloyan İvanova tam üstünlüklə (9:0) qalib gələrək bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. O, üçüncü yer uğrunda Yediqe Tolevtayevlə (Qazaxıstan) üz-üzə gələcək.

55 kq

Əli Nəzərov təsəlliverici görüşdə özbəkistanlı Sərdar Xolmurzayevə 3:10 hesabıyla məğlub olub və mundialı 5-ci pillədə bitirib.

65 kq

Yarımfinalda məğlubiyyətə üzülən Emil Abdullayev 3-cü yer uğrunda yarışacaq. Onun rəqibi Cəbrayıl Umxadjiyev (AİN) olacaq.

80 kq

Finalın 1 addımlığında büdrəyən Orxan Hacıyev də bürünc medal uğrunda mübarizə aparacaq. O, ukraynalı Vladislav Solodçukla münasibətinə aydınlıq gətirəcək.