İlk gündə bütün güləşçilərimiz uğursuz çıxış ediblər - DÇ-2023
Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatına start verilib.
Mediasport.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycan idmançıları uğursuz çıxış ediblər.
Mübarizəyə qoşulan 4 güləşçinin hamısı məğlub olub.
61 kq-da İntiqam Vəlizadə təsnifat mərhələsində Cənubi Koreya təmsilçisi Hyeonsik Sonqa qalib gəlib, ardınca qırğızıstanlı Taiyrbek Uuluya uduzub.
70 kq-da Maqomed-Başir Xaniyev eyni raundda Qazaxıstan təmsilçisi Sanjar Dojanovdan üstün olsa da, növbəti raundda iranlı Əmirməhəmməd Yazdaniçeratiyə böyük fərqlə yenilib - 0:6.
86 kq-da Abubakr Abakarov 1/16 finalda kanadalı Aleksandr Muru məğlub edib, Fransa güləşçisi Rəhim Maqomedovla bacarmayıb.
Nəhayət, 125 kq-da Georgi Meşvildişvili 1/16 finalda bolqarıstanlı İslam Adizovu mübarizədən kənarlaşdırsa da, 1/8-də türkiyəli Taha Akgül səddini keçə bilməyib.