İdmançılarımızın 2022-ci ildə qazandığı medalların sayı açıqlandı
Azərbaycan idmançılarının 2022-ci ildə beynəlxalq yarışlarda qazandığı medalların sayı açıqlanıb.
mediasport.az xəbər verir ki, ölkəmiz başa çatmaqda olan ildə ümumilikdə 837 medal qazanıb.
Bunun 356-sı (116 qızıl, 101 gümüş, 139 bürünc) olimpiya, 384-ü (110 qızıl, 105 gümüş, 169 bürünc) qeyri-olimpiya, 97-si (44 qızıl, 18 gümüş, 35 bürünc) paralimpiya proqramının payına düşür.