Azərbaycanı dünya çempionatında təmsil edəcək güləşçilər - SİYAHI

Azərbaycanı dünya çempionatında təmsil edəcək güləşçilər - SİYAHI

21-27 oktyabrda Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-23 dünya çempionatı keçiriləcək.

Mediasport.az xəbər verir ki, turnirə yunan-Roma güləşçilərimiz start verəcək.

Məsul yarışda 1-ci dərəcəli beynəlxalq hakimlər Natiq Hacıyev və Bəşir İsazadə ədaləti qoruyacaq.

Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçi Həsən Əliyevin rəhbərliyi altında çıxış edəcək heyət:

Rəşad Məmmədov (55 kq), Nihad Quluzadə (60 kq), Ziya Babaşov (63 kq), Fərid Xəlilov (67 kq), Ruslan Nurullayev (72 kq), Xasay Həsənli (77 kq), Elmin Əliyev 82 kq), Cocu Səmədov (87 kq), Murad Əhmədiyev (97 kq), Sərxan Məmmədov (130 kq).

Böyük məşqçi Toğrul Əsgərov, məşqçilər Ağahüseyn Mustafayev, Solmaz Adilovanın rəhbərliyi altında çıxış edəcək qadın güləşçilər:

Elnurə Məmmədova (50 kq), Gültəkin Şirinova (55 kq), Jalə Əliyeva (57 kq), Gülər Həbibova (59 kq), Ruzanna Məmmədova (62 kq).

Baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçi Taymuraz Kokoyevin rəhbərliyi ilə yarışacaq sərbəst güləşçilər:

Vasif Bağırov (57 kq), Ruslan Abdullayev (61 kq), Rəşid Babazadə (65 kq), Maqomed-Başir Xaniyev (70 kq), Cəbrayıl Qadjiyev (74 kq), Ali Tsokayev (79 kq), Arseniy Djioyev (86 kq), Abdulcəlil Şabanov (92 kq), Aslan Abakarov (97 kq), Aydın Əhmədov (125 kq).