Sabiq "Keşlə" və "Neftçi"lilər millini Avropa çempionatına çıxardılar

Sabiq "Keşlə" və "Neftçi"lilər millini Avropa çempionatına çıxardılar

Gürcüstanın 21 yaşadək futbolçulardan ibarət yığması ardıcıl ikinci dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.

Mediasport.az xəbər verir ki, 2015/2017-ci illərdə "Keşlə"nin ("Şamaxı") baş məşqçisi olmuş Zaur Svanadzenin köməkçisi vəzifəsində işləmiş Ramaz Svanadzenin hazırda rəhbərlik etdiyi U-21 bu zəfərə Xorvatiyada yerli komandadan üstün olmaqla imza atıb.

Ötən həftə Tbilisidə 1:0 hesablı qələbə qazanan gürcülər cavab pley-off görüşündə Xorvatiyada 2:3 hesabı ilə uduzsalar da, penaltiləri daha dəqiq yerinə yetirərək 2025-ci ilin yayında Slovakiyada keçiriləcək qitə birinciliyinin final mərhələsinə vəsiqəni təmin ediblər.

Xatırladaq ki, Svanadzenin millidə əsas köməkçilərindən biri “Neftçi” və “Qarabağ”ın sabiq futbolçusu Georgi Adamiyadır.