Azərbaycan - İsveç oyununa satılmış biletlərin sayı açıqlandı

Azərbaycan - İsveç oyununa satılmış biletlərin sayı açıqlandı

Sentyabrın 5-də UEFA Millətlər Liqasının ilk turu çərçivəsində Bakıda keçiriləcək Azərbaycan - İsveç oyununa bilet satışı davam edir.

Mediasport.az xəbər verir ki, C1 qrupunda yer alan komandaların qarşılaşmasına indiyədək 6862 bilet satılıb.

Matç 31,200 min tamaşaçı tutumuna malik Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq və saat 20:00-da başlanacaq.