Şahruddinlı "Adana Dəmirspor" Qaziantepdə meydana çıxır
Bu gün futbol üzrə Türkiyə Superliqasında 17-ci tura start veriləcək.
Mediasport.az xəbər verir ki, Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi "Adana Dəmirspor" səfərdə "Qaziantepspor"un qonağı olacaq.
Adana təmsilçisi 23 xalla altıncı, "Qaziantepspor" 15 xalla 15-ci sırada yer alır.
Xatırladaq ki, Türkiyə Superliqasının 15-ci turunun "Ankaragücü" - "Rizəspor" (1:1) oyunundan sonra paytaxt təmsilçisinin prezidenti Faruk Koca meydana daxil olaraq, baş hakim Halil Umut Meleri yumruqla vurmuşdu.
Bu səbəbdən, yerli federasiya bütün liqaların təxirə salındığını açıqlamışdı.
Türkiyə Superliqası. 17-ci tur
18:00 "Başakşəhər" - "Sivasspor"
21:00 "İstanbulspor" - "Trabzonspor"
21:00 "Qaziantepspor" - "Adana Dəmirspor"