Ərtoğrul Sağlam Ramilin debütü və adaptasiyası haqda nə danışıb?

Ərtoğrul Sağlam Ramilin debütü və adaptasiyası haqda nə danışıb?

"Onların kollektivə uyğunlaşmalarına çalışırıq. Ramil Şeydayev artıq oynamağa başladı. O, "Altay"la görüşdə start heyətində meydana çıxdı".

Mediasport.az xəbər verir ki, bu sözləri "Kocaelispor"un baş məşqçisi Ərtuğrul Sağlam jurnalistlərə açıqlamasında deyib.

1-ci Liqa klubunun çalışdırıcısı digər transferləri Duhan Aksudan da söz açıb:

"Aksunun fiziki durumu qaydasına düşməkdədir. Daha bir transferimiz cümə gününə qədər bizimlə olmalıdır. Ondan sonra tam heyətlə Super Liqaya vəsiqə uğrunda mübarizəni davam etdirəcəyik. Xal itkisi limitimiz yoxdur".

Xatırladaq ki, "Kocaelispor" yarışın turnir cədvəlində "Göztəpə" ilə 39 xala sahibdir və 2-3-cü pillələri bölüşdürürlər.