Renat Dadaşov məşqlərə başladı

Renat Dadaşov məşqlərə başladı

Bir müddətdir zədədən əziyyət çəkən Azərbaycan yığmasının futbolçusu Renat Dadaşov "Ankaragücü"nün heyətində məşqlərə başlayıb.

Mediasport.az xəbər verir ki, 25 yaşlı hücumçu paytaxt klubunun bugünkü hazırlığında iştirak edib.

Oktyabrın 21-də əməliyyat olunan forvard Türkiyə çempionatı ilə yanaşı, millimizin UEFA Millətlər LiqasındaEstoniya və İsveçə qarşı oyunlarının heyətindən kənarda qalıb.

Dadaşov 2024/2025-ci illər mövsümündə Ankara təmsilçisinin heyətində 9 oyunda 2 qol vurub.

Komandası 1-ci Liqanın növbəti turu çərçivəsində Ankara derbisində "Gənclərbirliyi" ilə qarşılaşacaq.