Bakı klubu bundan sonra bölgəni təmsil edəcək - RƏSMİ QƏRAR

Bakı klubu bundan sonra bölgəni təmsil edəcək - RƏSMİ QƏRAR

Futbol üzrə Azərbaycan 2-ci Liqasında iştirak hüququ qazanan “Hypers” klubunun rəhbərliyi maraqlı addım atıb.

Mediasport.az xəbər verir ki, Bakı klubu bundan sonra bölgəni təmsil edəcək.

AFFA Region Liqasının son finalçısı bundan sonra “Hypers Guba” adı altında mübarizə aparacaq.

Azərbaycan millisinin sabiq üzvü Vüqar Nadirovun ötən il paytaxtda yaratdığı komanda ev oyunlarını Quba Olimpiya Kompleksinin stadionunda keçirəcək.

Vüqar Nadirov ötən mövsüm komandanın oynayan-məşqçisi olub.

Xatırladaq ki, "Hypers Quba" 2-ci Liqaya vəsiqə uğrunda pley-off mərhələsində yarışı son mövsüm 13-cü pillədə başa vurmuş "Şəfa"nı üstələyib (2:0, 2:1).