"Zirə"nin futbolçusu 2-ci Liqa klubunda forma geyinəcək - RƏSMİ
Futbol üzrə Azərbaycan 2-ci Liqasında çıxış edən ”Cəbrayıl” heyətini daha 2 futbolçu ilə gücləndirib.
Mediasport.az xəbər verir ki, dünən MOİK-dən Samir İbrahimovu icarəyə götürən Cavid Hüseynovun komandasına yarımmüdafiəçi Rəvan Hacıyev və müdafiəçi Zahir Mirzəzadə də qoşulub.
Hər iki futbolçu ilə anlaşma yaya qədər nəzərdə tutulub.
Mirzəzadə mövsümün əvvəlini “Zirə"nin əvəzedicilərində keçirib.
Qeyd edək ki, "Cəbrayıl" qış fasiləsinə 30 xalla 3-cü pillədə yollanıb və lider "Baku Sportinq"dən 7 xal geri qalır.