Yığmanın heyətində dəyişiklik

Yığmanın heyətində dəyişiklik

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

Mediasport.az xəbər verir ki, “Zirə” klubunun oyunçusu Rəvan Qaraəhmədli zədələndiyi üçün kollektivə qoşulmayıb.

Onun yerinə komanda yoldaşı Yusif Hacıyev milliyə dəvət olunub.

Qeyd edək ki, U-19 bu gündən iyunun 2-dək Bakıda təlim-məşq toplanışı keçəcək.

Komanda ardından yoldaşlıq turniri üçün Moldovaya yollanacaq.

Millimiz iyunun 4-də Qazaxıstan, 7-də Türkiyə, 10-da isə meydan sahibləri ilə qarşılaşacaq.