Belçika yığması Azərbaycan millisi ilə oyunda dəstəksiz qalmayacaq

Belçika yığması Azərbaycan millisi ilə oyunda dəstəksiz qalmayacaq

AÇ-2024-ün seçmə qrup mərhələsi çərçivəsində sentyabrın 9-da Mərdəkandakı "Dalğa Arena"da keçiriləcək Azərbaycan - Belçika qarşılaşmasında qonaqlar dəstəksiz qalmayacaqlar.

AFFA-dan Mediasport.az saytına verilən məlumata görə, "iblislər"i Bakıda 200-ə qədər azarkeşin dəstəkləyəcəyi gözlənilir.

Dünya nəhəngi ölkəmizə bu axşam təşrif buyuracaq. Domeniko Tedeskonun komandası "Bilgeh Beach" otelində məskunlaşacaq.

Görüş saat 17:00-da başlanacaq.