DÇ-2022: Olimpiya mükafatçımız uduzdu, Ağayevdən bürünc medal

DÇ-2022: Olimpiya mükafatçımız uduzdu, Ağayevdən bürünc medal

Taekvondo üzrə yığma komandamız Meksikanın Qvadalaxara şəhərində keçirilən Dünya çempionatının ikinci günündə ilk medalını qazanıb.

Federasiyadan mediasport.az saytına verilən məlumata görə, kişilərin mübarizəsində Cavad Ağayev (68 kq) bürünc medalı təmin edib.

Qadınların yarışında 49 kq çəki dərəcəsindəki təmsilçimiz, Rio olimpiadasının bürünc medalçısı Patimat Abakarova isə təsnifat mərhələsini uğurla keçsə də, 1/16 finalda israilli Avişaq Semberqə uduzaraq mübarizəni dayandırıb.

Mundialın ilk günündə mübarizəyə qoşulan Taleh Süleymanov (87 kq) ilk görüşündə Serbiyanı təmsil edən iranlı Mehdi Xudabaxşiyə məğlub olub. Bu gün 74 kq çəki dərəcəsində mübarizə aparan Eltac Qafarov mübarizəyə qoşulacaq.