Taekvondoçularımızın bərbad çıxışı davam edir: Daha 2-si uduzdu - DÇ
Azərbaycan yığmasının daha iki taekvondoçusu Bakıda keçirilən dünya çempionatında uğursuz çıxış edib.
mediasport.az xəbər verir ki, 54 kq çəki dərəcəsində yarışan Səyyad Dadaşov 1/16 finalda Özbəkistan idmançısı Omonjon Otajonova, qadınların mübarizəsində 46 kq-dakı təmsilçimiz Minayə Əkbərova isə yaponiyalı Ruka Okamotoya məğlub olub.
İndiyədək milli komandamızın 7 taekvondoçusu mübarizə aparıb və hamısı uğursuz olub. Qaşım Maqomedov (58 kq), Xanoğlan Kərimov (65 kq), Cavad Ağayev (68 kq), Əliəskər Əliyev (80 kq), Taleh Süleymanov (87 kq), Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) ümidləri doğrultmayıblar.
DÇ iyunun 4-də başa çatacaq.