Dünya çempionatı-2023: Milli komandamızın heyəti açıqlandı
Mayın 29-dan iyunun 4-dək Bakıda keçiriləcək taekvondo üzrə Dünya çempionatında iştirak edəcək Azərbaycan yığmasının heyəti müəyyənləşib.
mediasport.az xəbər verir ki, milliyə 13 idmançının adı daxil edilib.
Kişilərin yarışında Səyyad Dadaşov (54 kq), Qaşım Maqomedov (58 kq), Xanoğlan Kərimov (63 kq), Cavad Ağayev (68 kq), Eltac Qafarov (74 kq), Ələsgər Əliyev (80 kq), Taleh Süleymanov (87 kq) mübarizə aparacaq.
Qadınların yarışında isə Minayə Əkbərova (46 kq), Patimat Abakarova (49 kq), Səmərruh Osmanova (53 kq), Fatimə Məcidova (62 kq) və Fəridə Əzizova (67 kq) ölkəmizi təmsil edəcək.