Parateakvondoçularımız Avropa çempionatına 2 medalla başladılar

Parateakvondoçularımız Avropa çempionatına 2 medalla başladılar

Niderlandın Rotterdam şəhərində parataekvondo üzrə Avropa paralimpiya çempionatına start verilib.

mediasport.az xəbər verir ki, yarışın ilk günü Azərbaycan millisi üçün uğurlu alınıb. 

Komandamızın üzvü Röyalə Fətəliyeva (K44) finala kimi inamla irəliləyib. 52 kq çəkidə dayanq üzərinə çıxan idmançımız yalnız həlledici görüşdə məğlub olaraq gümüş medal qazanıb.

Sabir Zeynalov (58 kq, K44) da fəxri kürsüyə yüksəlib. Təmsilçimiz finala gedən yolda uduzduğundan bürünc medala sahib olub. 

Sabah başa çatacaq qitə birinciliyində ölkəmizi daha 4 parataekvondoçu təmsil edəcək.