Millimizin dünya çempionatı oyununun vaxtı dəyişdirilib

Millimizin dünya çempionatı oyununun vaxtı dəyişdirilib

Azərbaycanın kişilərdən ibarət basketbol millisinin 2027-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının təsnifat mərhələsinin Kosovo ilə oyununun başlanma saatı dəyişiklik edilib.

Mediasport.az xəbər verir ki, görüş fevralın 25-də, saat 14:00-da keçiriləcək.

“Sərhədçi” İdman Mərkəzində baş tutacaq matç daha əvvəl saat 19:00-a təyin olunmuşdu.

Milli komandamızın təsnifat mərhələsində ilk dueli fevralın 22-də səfərdə İsveçrə yığmasına qarşı olacaq.