"Sabah"ın baş məşqçisi Kurtinaytis: "Marussi" bizim qrupun favoritidir"

"Sabah"ın baş məşqçisi Kurtinaytis: "Marussi" bizim qrupun favoritidir"

"Marussi" yüz illik tarixi, basketbol ənənələri olan komandadır. Daxili çempionatlarında da yaxşı çıxış edirlər".

Mediasport.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Rimas Kurtinaytis Avropa Kubokunun 2-ci turunun Yunanıstan klubu ilə görüşündən sonra deyib.

Çalışdırıcı komandasının zədəli oyunçularından söz açıb:

"Norköpinq"lə 28, "Spiru" ilə oyunda 38 xal toplayan De Andre dünən dizində ağrılar hiss etdiyi üçün heyətdə yox idi. Öncədən Endər zədələnmişdi. Mövcud rotasiya ilə bağlı problemləri nəzərə alsaq, oyunda olan basketbolçuların mübarizəsindən razıyam".

Kurtinaytis "Sabah"ın da yer aldığı G qrupunun favoritinin adını açıqlayıb:

"Marussi" bizim qrupumuzun favoritidir. Qarşıda bizi daha 4 oyun gözləyir. Məğlubiyyətə baxmayaraq, qrupdan çıxmaq üçün şanslarımız var".