Avropa çempionu əsas yığmamızın baş məşqçisi təyin edilib
Qadın basketbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi müəyyənləşib.
Mediasport.az xəbər verir ki, yığmamızı türkiyəli mütəxəssis Evren Alkaya çalışdıracaq.
Onun köməkçiləri uzun illərdir Azərbaycanda yaşayan, milli komandanın keçmiş üzvlərini daha yaxından tanıyan Skot Mollenhauer və U-16 yığmasında çalışmış Aygün Eynullayeva olacaqlar.
Qeyd edək ki, Evren Alkaya daha əvvəl 16 yaşadək qızlardan ibarət basketbol millisi ilə C divizionunda Avropa çempionu adını qazanıb.